Logo

Bakıda ana əkiz övladları ilə itkin düşüb


Bakıda kirayədə yaşayan Ukrayna vətəndaşı olan gənc qadın əkiz oğlanları ilə itkin düşüb.

TopXeber.Az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları -Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə evdən çıxıb və geri qayıtmayıb.

Binəqədi Rayon Polis İdarəsi onların axtarışlarını aparır.