Logo

Belarusda məmurlar kütləvi həbs olundu


Belarusda korrupsiya ittihamı ilə bir neçə məmur həbs edilib. 

Topxeber.Az Oxu.Az- a istinadla xəbər verir ki, bununla bağlı ölkənin milli təhlükəsizlik xidmətinin rəhbəri Valeri Vakulçik məlumat verib. 

“Söhbət bir insandan, bir faktdan və bir cinayət işindən getmir”, - o bildirib. 

Vakulçik saxlanılanların adlarını açıqlamasa da, onların yüksək vəzifəli olduqlarını deyib. 

“Burada vacib olan səviyyə deyil, həcmdir... Külli miqdarda rüşvətlər...

Əlimizdə on minlərlə dollar rüşvət faktı var. Hazırda 140 min dollar rüşvət sübuta yetirilib. Ancaq bu rəqəmin artacağı istisna etmir”, - komitə sədri əlavə edib. 

Mayın sonlarında MTN ölkə prezidentinin köməkçisi Sergey Rovneykonu həbs edib. O, 200 min dollar rüşvət almaqda və dələduzluqda ittiham olunub.