Logo

Deputat dayandırılan tikinti ilə bağlı AÇIQLAMA VERDİ


 Xəbər verdiyimiz kimi, Bakıda yaşayış binasının tikintisində antik saxsı qabların qalıqları və qədim yol aşkarlanıb.

  TopXeber.Az xəbər verir ki, paytaxtın Salatın Əsgərova küçəsində "Malibu Rezidens" şirkətinin apardığı tikinti işləri zamanı binanın bünövrəsi üçün qazıntı işləri aparılarkən tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılıb.Adıçəkilən tikinti şirkətinin İmişlidən seçilən deputat Əsabil Qasımova aid olduğu qeyd edilir.

Məsələ ilə bağlı millət vəkili Əsabil Qasımov Unikal.org-un redaksiyasına zəng edib. Millət vəkili bu sözləri deyib:

"Adıçəkilən tikinti şirkəti mənim yox, qardaşımındır. Orada qazılan bünövrə zamanı tapılan kərpiclər isə hansısa qədimi yol yox, köhnə evlərin zirzəmisinə aid qalıqlardır. Hazırda qeyd edilən ərazidə tikinti işləri  davam etdirilir".