Logo

Dünyanın ən sülhsevər ölkələri açıqlandı – Siyahı


İslandiya “qlobal sülh indeksinə” başçılıq edir.

Reytinq cədvəlində ilk beşliyi Yeni Zelandiya, Avstriya, Portuqaliya və Danimarka tamamlayır.

Topeber.Az xəbər verir ki, 163 ölkədən ibarət siyahını Beynəlxalq iqtisadiyyat və sülh institutu hazırlayıb.

BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrdən Britaniya 57-ci, Fransa 61-ci, Çin 122-ci, ABŞ 121-ci, Rusiya 154-cü yerdə qərarlaşıb.

Reytinqdə ən axırınca yerdə vətəndaş müharibəsinin davam etdiyi Suriya Ərəb Respublikası gəlir. Azərbaycan indeksə görə 132-ci yerdə göstərilib. İran 131-ci, Ukrayna isə 152-ci pillədə yer alır.

İndeks hazırlanan zaman 23 müxtəlif faktor nəzərə alınıb. Sənədin müəllifləri qeyd edir ki, son on il ərzində dünyada sülh göstəricisi ən aşağı səviyyəyə düşüb. Təkcə ötən il zorakılıqların, o cümlədən müharibələrin qlobal iqtisadiyyata 14,8 trilyon dollar ziyan vurduğu bildirilir (APA).i