Logo

Qubada dəryazla ayağını kəsən qadın ölüb


Quba rayonunda bədbəxt hadisə olub.

TopXeber.Az APA-ya istinadla xəbər verir ki, rayonun Zərdabi kənd sakini, 1952-ci il təvəllüdlü Abdullayev Gülcahan Əhmədağa qızı ayağını dəryazla kəsib. Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.