Logo

Sahil stansiyası bu gün açılır- ÖZƏL


Bu gün “Sahil” metro stansiyası sərnişinlərin istifadəsinə veriləcək. 

TopXeber.Az xəbər verir ki, stansiya bir neçə saat sonra stansiyanın açılışı olacaq. 

 Xatırladaq ki, Sahil stansiyası ötən il avqustun 21-də bağlanıb.

Təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılıb

"Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.

Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiya əsaslı təmir olunub. 

***

İyunun 7-də “Bakı Metropoliteni”nin “Sahil” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

 Azərbaycan prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub.