Logo

28 yaşlı gənc məktub yazıb, özünü asdı - TƏFƏRRÜAT


 Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindəki intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

  TopXeber.Az Report-a istinadla xəbər verir ki, 28 yaşlı Vüsal Həsənov yaşadığı evdə tək olanda məktub yazaraq kəndiri boğazına keçirib və özünü asmaq istəyib. Məlumata görə, V.Həsənov yazdığı məktubda mülk məsələsinə görə intihar etdiyini qeyd edib.

V.Həsənovun həyat yoldaşı evə gələndə onu tavandan asılı vəziyyətdə görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və yaxınlıqdakılar səsə gələrək V.Həsənovu kəndirdən endiriblər. Onun hələ həyatda olduğunu görüb dərhal xəstəxanaya aparıblar.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.