Logo

Ağdamda Bayraq Meydanı yandırıldı - VİDEO


Dünən gecə Ağdam rayonunda yanğın olub.

 TopXeber.Az xəbər verir ki, yanğın rayonun girişindəki Sultanbud təpəsində yerləşən Bayraq Meydanında olub.

Belə ki, meydanda olan bayrağın aşağı tərəfindəki xəritənin maketinin Qarabağ və Naxçıvanın təsviri olan hissəsi yandırılıb. Yanğın əraziyə çağrılan yanğınsöndürən briqadaları tərəfindən söndürülüb. Yanğının kim tərəfindən törədildiyi bilinmir. 

Faktla bağlı araşdırılma aparılır.

Qeyd edək ki, Raqub Məmmədovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmasından sonra belə yanğının baş verməsi isə müəmmalı olaraq qalır (Unikal.org).