Logo

Azərbaycanda həkim xəstəni bu günə qoydu… – Video


Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində həkim qurbanı olan ailədən bəhs edilib.

TopXeber.Az xəbər verir ki, verilişə müraciət edən Müşfiq adlı şəxs 2 il əvvəl başına gələn qorxunc hadisədən danışıb.

Onun iddiasına görə, 2 il əvvəl Sabirabad rayonunda Günay Xəlilova adlı həkim həyat yoldaşını qeysəriyyə əməliyyatı edib. Bu vaxt xəstənin qarnında tibb mütəxəssisinin işlətdiyi iynə qalıb. Bu illər ərzində xəstədə qeyri-müəyyən xəstəliklər ortaya çıxmağa başlayıb. Müalicələr getsə də xəstədə irəliləyiş olmayıb.

Bir gün rentgen vaxtı məlum olub ki, xəstənin qarnında yad cism var. Əməliyyatdan sonra iynə xəstənin qarnından çıxarılıb. Bəlli olub ki, iynə 2 il əvvəl xəstənin qarnında qalıb. Daha sonra Müşfiqlə həkim arasında qalmaqal başlayıb.

Ekspertiza da rəy verərək Müşfiqin haqlı olduğunu qeyd edib. İşə hazırda prokurorluq baxır.

Qeyd edək ki, adı çəkilən həkim Milli Məclisin deputatı Mirzəcan Xəlilovun qızıdır (Minval.info).