Logo

Azərbaycanda yeni qərar: toplanan cərimələr bu şəxslərə xərclənəcək


Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı təsdiq edib.

TopXeber.Az xəbər verir ki, qaydalara görə "Büdcədənkənar” adlandırılan vəsait aşağıdakı kimi xərclənə bilər: 
2.1. Büdcədənkənar vəsait Komitədə işləyən dövlət qulluq-çularının sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə aşağıdakı istiqamətlərə xərclənir:

2.1.1. dövlət qulluqçularının kollektiv və fərdi qaydada mükafat-landırılmasına;
2.1.2. dövlət qulluqçularına maddi yardımın göstərilməsinə;
2.1.3. Komitənin dövlət qulluqçularının səhiyyə xidmətlərinin təşkilinə və müalicə-sağlamlıq tədbirlərinin həyata keçirilməsinə;
2.1.4. Komitənin dövlət qulluqçularının kooperativ mənzil tikintisinin qismən maliyyələşdirilməsinə;
2.1.5. Komitənin dövlət qulluqçularının işçilərinə ezamiyyə xərclərinin ödənilməsinə;
2.1.6. sosial sığorta  və baş vermiş bədbəxt hadisələrlə bağlı icbari sığorta haqlarının ödənilməsinə.
2.2. Büdcədənkənar vəsaitdən istifadə olunması ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 502 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə uyğun olaraq həyata keçirilir.
3. Dövlət qulluqçularının mükafatlandırılması
3.1. Komitənin dövlət qulluqçularının kollektiv mükafatlan-dırılması aşağıdakı hallarda həyata keçirilir:
3.1.1. işlər vaxtında və keyfiyyətlə yerinə yetirildikdə;
3.1.2. mühüm dövlət tapşırıqları vaxtında yerinə yetirildikdə;
3.1.3. qanunla müəyyən edilmiş milli bayram günləri ilə, həmçinin digər əlamətdar hadisələrlə əlaqədar olduqda.
3.2. Komitənin dövlət qulluqçularının fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
3.2.1. vəzifə təlimatında nəzərdə tutulan vəzifələr vaxtında və peşəkarlıqla yerinə yetirildikdə, səmərələşdirici təkliflər verildikdə, təşəbbüskarlıq göstərildikdə, işdə yeni forma və metodlar tətbiq edildikdə, gənc mütəxəssislərə köməklik göstərildikdə;
3.2.2. rəhbərliyin tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirildikdə;
3.2.3. normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqləndikdə.
4. Yekun müddəalar
4.1.  Büdcədənkənar vəsaitin xərclənməsi zamanı gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tutulur.
4.2. Büdcədənkənar vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.