Logo

Bakıda münasibətdə olduğu qızla evlənməyən oğlanı polisə verdilər


Bakının Xəzər rayonunda gənc qızın ağılsızlığı və sadəlövlüyü nəticəsində xoşagəlməz hadisə baş verib: evlənmək vədi qızı oğlanın oyuncağına çevirib. 

TopXeber.Az xəbər verir ki, bununla bağlı "Sputnik Azərbaycan” Xəzər rayon hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb. 

Məlumatlara görə, 1992-ci il təvəllüdlü rayon sakini T.X. aprelin 15-də gənc oğlanla evdən qaçıb. Həsənov (ad şərtidir – red.) qızla evlənməyi vəd etdikdən sonra T.X. onunla qaçmağa razılıq verib. Gənc oğlan qızı öz evinə aparıb və burada onunla intim münasibətdə olub. Ancaq üç həftədən sonra o, rəfiqəsinə bildirib ki, onunla evlənmək fikrindən daşınıb və qızı atası evinə qaytarıb. 

Zərərçəkmiş Xəzər rayon polis idarəsinə müraciət edib. Ancaq hüquq-mühafizə orqanları bildirib ki, hadisə zamanı qıza qarşı heç bir zorakılıq edilməyib. O, yetkinlik yaşına çatıb və qərarı özü verib. Digər tərəfdən, ortada aldadılma faktı var. 

Hazırda araşdırmalar gedir. Əməli sübuta yetirilmədiyi üçün Həsənov saxlanılmayıb.