Logo

Binəqədinin yeni icra başçısı sakinlərlə görüşdü


 Prezident İlham Əliyevin iyunun 6-da imzaladığı sərəncamla Elxan Allahverdiyev Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

TopXeber.Az xəbər verir ki, yeni başçı rayon sakinlərilə görüşüb.

Dünən 297 saylı tam orta məktəbin akt zalında icra başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib. 

Görüşdə rayon rəhbəri ilə yanaşı, İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 

Sakinlər onları narahat edən problemlərdən danışaraq həll olunmasını xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.