Logo

Bu ölkədə məscidlər bağlanır - QALMAQAL


Avstriyada Sebastyan Kurtsun rəhbərlik etdiyi hökumət qalmaqallı qərara imza atıb.

TopXeber.Az xəbər verir ki, qərara əsasən, 7 məscid bağlanacaq, məscidlərin imamları isə deportasiya ediləcək. Mətbuat isə 40 nəfər imamın deportasiya ediləcəyini yazır.

Sebastyan Kurts bildirib ki, islamı siyasiləşdirən 7 məscid bağlanacaq:


“Bu qərarın arxasında aprel ayında Türkiyənin dəstəklədiyi məsciddə 1-ci dünya müharibəsindəki Çanaqqala savaşının uşaqlar tərəfindən canlandırılması fotoları var. İstintaq başa çatdıqdan sonra bu qərar qəbul edilib. Paralel cəmiyətlər, siyasi İslam və ifratçılığa ölkəmdə yer yoxdur”(Ölkə.Az).