Logo

CNN-in Dağlıq Qarabağa qanunsuz səfər etmiş aparıcısı intihar edib


CNN-in məşhur yazarı və “Bilinməyən yerlər” teleşousunun aparıcısı Antoni Burden intihar edib.

TopXeber.Az xəbər verir ki, bu barədə CNN açıqlama yayıb.

Hadisədə o, “Bilinməyən yerlər” verilişinin növbəti bölümünə hazırlıq üçün Fransada səfərdə olub. Yaxın dostları bu gün səhər onun otel otağından cavab gəlmədiyini bildiriblər. Otaqda 61 yaşlı jurnalistin meyiti tapılıb.

Qeyd edək ki, A. Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan kulinariya haqqında veriliş hazırlaması ilə əlaqədar 2017-ci ilin oktyabrından Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər" siyahısında idi (APA).