Logo

Millət vəkili Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb


Millət vəkili Qənirə Paşayeva Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb və qarşıdan gələn bayramlarını təbrik edib.

 TopXeber.Az xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşüb. "Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlının iştirakı ilə Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşdə millət vəkili Qənirə Paşayeva şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb.
 
Onları təbrik edən millət vəkili Qənirə Paşayeva Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Qənirə Paşayeva hər zaman sizin yanınızdayıq,  bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan millət vəkili inşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib.
 
Aprel şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Qənirə Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Qənirə Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və hər zaman yanınızdayıq deyib.