Logo

Moskvadan Türkiyəyə xəbərdarlıq: “Çavuşoğlunun bəyanatı…”


Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Krımla bağlı verdiyi bəyanatı şərh edib.

 TopXeber.Az Publika.az-a istinadla xəbər verir ki, senator Çavuşoğlunun bəyanatını Qərbin təzyiqi ilə izah edib.

“Türkiyə iki istiqamət üzrə Qərbin böyük təzyiqini hiss edir: ölkədəki siyasi islahatlar və Suriyada kürdlərə qarşı əməliyyatlar. Fərz etmək olar ki, nazirin bəyanatı Qərbin diqqətinin Rusiyaya dəyişdirilməsi cəhdi və bir növ yayındırıcı manevrdir”, – Kosaçev deyib.

O vurğulayıb ki, bu, Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasına imkan yaratmayacaq.

Xatırladaq ki, Mövlud Çavuşoğlu ukraynalı həmkarı Pavel Klimkin və Krım tatarlarının dəvəti ilə qatıldığı iftar mərasimində çıxışı zamanı Krımın ilhaqını tanımadıqlarını və tanımayacaqlarını bildirib. O, Türkiyənin hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.