Logo

Prezident yol tikintisinə 3,3 milyon manat ayırdı


 Azərbaycan prezidenti İlham Əliyev Qazax rayonunda avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

TopXeber.Az xəbər verir ki, Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi məqsədi ilə  dövlət büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.