Logo

Qəbirdə sağ qalan körpənin görüntüləri hər kəsi şoka saldı - VİDEO


“Ölü” doğulduğu üçün basdırılan körpə 8 saat sonra məzarından xilas olunub.

TopXeber.Az xəbər verir ki, dəhşətli hadisə Braziliyada olub. 15 yaşlı nəvəsini doğuzduran Kutz Amin adlı nənə körpənin öldüyünü söyləyərək onu basdırıb. Bir nəfər şahid məsələ ilə bağlı polisi məlumatlandırıb. Hadisə yerinə gələn polislər torpağı əlləri ilə qazaraq körpəni çıxarıblar. 8 saat torpağın altında qalan körpə xəstəxanaya aparılıb. Həkimlər onun səhhətində ciddi problem olmadığını bildirib.

Körpənin xilas edilməsi anbaan görüntülənib və həmin video sosial şəbəkələrdə ən çox paylaşılanlar siyahısına daxil olub.