Logo

Səhiyyə Nazirliyi Tovuzda tibb işçilərinin döyülməsinə münasibət bildirib


Səhiyyə Nazirliyi Tovuzda tibb işçilərinin döyülməsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, Tovuz rayonunun İbrahimhacılı kəndindən təcili tibbi yardıma iyunun 7-də saat 22.23-də çağırış gəlib.

Onun sözlərinə görə, təcili tibbi yardım maşını saat 22.24-də Qovlar şəhərindən çağırışa çıxıb və saat 22.33-də ünvana çatıb: "Təcili tibbi yardım çox qısa müddətdə çağırışa gedib. Onlar evə çatanda xəstə keçinib. Xəstə öldükdən sonra onun yaxınları həkim Eldar Abdıyev, feldşer Cəmalə Qurbanova və sürücü Ələkbər Cabirovu döyüblər".

S. Əhmədova qeyd edib ki, hər 3 şəxs müxtəlif bədən xəsarətləri alıb.

Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

TopXeber.Az