Logo

Sumqayıtda yaşayış binasında yanğın olub, 11 nəfər təxliyə edilib


Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb. 

TopXeber.Az xəbər verir ki, məlumatı FHN yayıb.


Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Yanğın zamanı 11 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.