Logo

Tovuzda çağırışa gedən tibb işçiləri döyülüb


Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

 TopXeber.Az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində olub. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda  araşdırma aparılır.