Logo

Uşaqları öpməyin - Həkimdən Çağırış


Uşaqlarda yenidoğulma dövrü var; doğulandan 28 gün ərzində olan dövrü və bətnxarici mühitə adaptasiya (uyğunlaşma) dövrü. Biz əsrlərdən gələn düşüncəyə görə bu müddəti 40 gün eləmişik. 

 TopXeber.Az xəbər verir ki, bunu tanınmış pediatr Vaqif Qarayev öz feysbuk ("Facebook") sosialşəbəkəsində paylaşıb. 

O, uşaqların ətraf mühitdən gizlədilməsindən şikayətlənib:

 "Uşaq faktiki ətraf mühitdən gizlədilir, - "havaya çıxartmaq olmaz, yad gözlərdən uzaq olmalıdır". Yəni, doğulan gündən havasızlığa öyrədirik. Bu isə düzgün deyil!

Bu müddət bitdikdən sonra uşaqgördü mərasimi başlayır, müxtəlif xəstəlikdaşıyıcıları ilə kontakt mərasimi. Hamı öpməlidir uşağı. Xəstə, sağlam fərq eləmir! Olmaz. Düzgün deyil. Xəstələnəcək.

Havasızlığa öyrətməkdənsə, öpüşsüzlüyə öyrətmək daha faydalıdır.

Təmiz havanı uşaqlarınızdan əsirgəməyin.