Logo

Bakının Yasamal ərazisində atışma- 1 nəfər öldü


Bakıda güllələnmə hadisəsi baş verib.

TopXeber.Az Trend-ə istinadən xəbər verir ki, hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, daha sonra öldürüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.