Logo

Gəncədə toyuq oğrusu ələ keçdi


TopXeber.az xəbər verir ki, oğurluqda şübhəli bilinən Gülüstan qəsəbə sakini Yaşar Əlisgəndərov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində toyuq oğurlamaqda şübhəli bilinən Yaşar Əlisgəndərovun başqa cinayətlərinin də üstü açılıb.

Belə ki, Gülüstan qəsəbə sakini Yaşar Əlisgəndərov cari il fevralın 18-dən iyunun 2-dək olan müddətdə Gəncə şəhər sakinlərinə məxsus 3 avtomobildən akkumulyator, habelə 2 həyətyanı sahədən su mühərriki və 12 ev quşu oğurlamaqda şübhəli bilinir.