Logo

Londonda iki kişi bıçaqla şagirdlərə hücum edib – VİDEO


Londonun cənubunda bıçaqla silahlanmış iki kişi şagirdlərə hücum edib.

TopXeber.Az xəbər verir ki, bu haqda “Mail Online” məlumat yayıb.

İnsident nəticəsində 16 yaşlı yeniyetmə yaralanıb. Zərərçəkənin dostları və şahidlər ona ilkin yardım göstərib, qanaxmanı saxlamağa çalışıb. Ətrafda olan qız şagirdlər isə silahlıya müqavimət göstərərək onları ərazidən uzaqlaşmağa vadar edib.

Hücumun motivləri hələlik açıqlanmır. Həmin şəxslərin həbs olunduğu və barələrində adamöldürməyə cəhd maddəsi ilə cinayət işinin açıldığı bildirilir (Oxu.az).