Logo

MN-dən Günnütlə bağlı açıqlama: Düşmənin yaydığı məlumatlar əsassızdır


Sərhəddə realda başqa vəziyyət hökm sürür. Mlumata görə, Azərbaycan tərəfinin müraciəti əsasında erməni ordusu Azərbaycan tərəfinə 3 maşın tərkibində xarabalığa çevrilmiş Günnüt kəndinin cənub istiqamətinə daxil olaraq, qəbirstanlıqları ziyarət etməyə, şəkil çəkdirməyə və dualar oxuyaraq geri çəkilməyə icazə verib. 

Ancaq göründüyü kimi erməni ordusunun humanitar addımını Azərbaycan tərəfi növbəti dəfə başqa cür təqdim edib. Realda bu istiqamətdə bütün əməliyyat vəziyyətinə erməni tərəfi nəzarət edir", - deyə qəzetin redaksiyası bildirir.

Ermənistan müdafiə nazirliyinin sifarişi ilə yazılan bu yazıdan sonra Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yayılan məlumatlara rəsmi açıqlama verib. 

"Bu cür xahiş ilk dəfədir ki, Azərbaycan tərəfindən edilib. Erməni tərəfi, humanitar normalara sadiq qalaraq, davamlı olaraq gərginliyin azaldılması üçün addımlar atmaqla mülki sakinlərin qısa müddət ərzində qəbristanlığa yaxınlaşmasına icazə verib", - deyə Artsrun Hovhannisyan yalan məlumat yayıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, istər erməni KİV-lərinin, istərsə də Artsrun Hovhannisyanın yaydığı məlumat əsassızdır. 

"Ermənistan müdafiə mazirliyinin mətbuat xidmətinin rəhbərinin səsləndirdiyi sərsəm fikirlər ilk dəfə deyil. Onun yaydığı məlumatların heç bir əsası yoxdur və növbəti dəfə erməni cəmiyyətini aldatmağa istiqamətlənmiş cəfəngiyyatdır. Cəmiyyətimizi düşmənin təxribatçı məlumatlarına uymamağa çağırıq". 

Qeyd edək ki, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

TOPXEBER.AZ