Logo

Putin Trampdan danışdı - TƏRİF


Donald Tramp seçki-qabağı kampaniyası dövründə verdiyi vədləri yerinə yetirir.

TopXeber.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vesti v subbotu” proqramına verdiyi açıqlamada bildirib.

Putinin sözlərinə görə, bütövlükdə Vaşinqtonun və ayrılıqda Trampın qərarlarına müxtəlif şəkildə yanaşmaq olar.

“Tənqid etmək də olar. Həqiqətən çox şeylər tənqidə layiqdir. Ancaq bundan əvvəl də qeyd etdiyim bir nüans var: Tramp seçki kampaniyası dövründə verdiyi vədləri yerinə yetirir”, -deyə Putin vurğulayıb.

Onun sözlərinə görə, belə vədlərdən biri də Rusiya-ABŞ münasibətlərini yaxşılaşdırılması olub.

“Ümid edirəm ki, bu da həyata keçər. İstənilən halda, biz buna hazırıq. Ancaq hesab edirəm ki, top hazırda meydanın ABŞ-a aid olan hissəsindədir”, - deyə Putin bildirib.

Kreml rəhbəri  Donald Trampla konstruktiv dialoqa hazır olduğunu vurğulayıb (Oxu.az).