Logo

Vəfat edən şəxsin adına cərimə protokolları göndərilir - VİDEO


Dünyasını dəyişsə də adına radara düşmüş avtomobillərin cərimə protokolları gəlir. 

TopXeber.Az Avtosfer.az-a istinadla xəbər verir ki, qəribə hadisə Hacıqabul rayonu Qarasu kəndində olub.

Kənd sakini Şamil Azadovun atasu Əmrah Azadov 2015-ci ildə dünyasını dəyişməsinə baxmayaraq, tez-tez ünvanlarına cərimə protkolları göndərilir. Onun sözlərinə görə, protokolda göstərilən avtomobillər əvvəllər onun atasının adına olsa da, maşınlardan biri 2002-ci ildə, digəri isə 2007-ci ildə satılıb.

Şamil Azadov bidirir ki, atasının ölüm kağızı da var və bu sənədi 2015-ci ildə dövlət orqanlarına təhvil verib. İndi o, bu cərimələrin ona və ailəsinə problem yaradacağından ehtiyat edir.

Baş Dövlət Yol Polis İdarəsinin sözçüsü Rüfət Quliyev isə bildirib ki, sözügedən avtomobillər hələ də dünyasını dəyişmiş şəxs Əmrah Azadovun adınadır və onun verdiyi etibarnamələrin vaxtı bitdiyindən cərimə protokolları da Əmrah Azadovun adına göndərilir. Bunun olmaması üçün həmin şəxsin qohumu, ölüm kağızını Baş Dövlət Yol Polis İdarəsinə göndərməlidir ki, onun adı mərkəzi bazadan çıxarılsın.