Logo

Daşkəsəndə BƏDBƏXT HADİSƏ: Başı ağrıdı, 5-ci mərtəbədən yıxıldı


Daşkəsən sakini hündürlükdən yıxılaraq ölüb.

TopXeber.Az APA-ya istinadla xəbər verir ki, hadisə Daşkəsən şəhəri Nizami küçəsində yerləşən bina 18-də qeydə alınıb. Həmin binanın beşinci mərtəbəsində yaşayan 1973-cü il təvəllüdlü Bayramov Ramiz Nadir oğlu evin eyvanında olarkən oradan yerə yıxılıb. Ağır bədən xəsarətləri alan 45 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb. 

R. Bayramovun həyat yoldaşının deməsinə görə əri baş ağrısından əziyyət çəkdiyi üçün ondan dərman istəyib. Otağa dərman üçün gedən qadın qayıdanda ərinin eyvandan yıxıldığını görüb.

Faktla bağlı araşdırma aparılır.