Logo

Kürdəmirdə yol qəzası - 5 nəfər xəsarət aldı


Kürdəmir rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

TopXeber.Az Reporta istinadla xəbər verir ki, hadisə Bakı - Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qəfil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.