Logo

Onlar həyat yoldaşları üçün barmaqlarını kəsirlər…


Dani qəbiləsi amerikalı missioner Ricard Arcbolt tərəfindən 1938-ci ildə kəşf edilib.

İndoneziyada Dani qəbiləsində dünyanın ən qəribə yas qanunları var. 

TopXeber.Az “Sözcu”-yə istinadla xəbər verir ki, qəbilə üzvləri həyat yoldaşları vəfat etdikdən sonra barmaqlardan birinin üst yarısını kəsirlər.

Dani qəbiləsi sadəcə Vamen adlı qəsəbədə yaşayır. Dani qəbiləsi amerikalı missioner Ricard Arcbolt tərəfindən 1938-ci ildə kəşf edilib.

Bu qeyri-adi adətə-ənənə o qədər geniş yayılıbmış ki, insanların barmaqlarının baxaraq onlardan kimin dul, kimin isə evli olduğu, eləcə də kimin neçə dəfə evləndiyi məlum olur.

İnsanların barmaqlarını kəsməmişdən 30 dəqiqə əvvəl iplə bağlanılır. Adətən barmağı yaxın qohumlardan biri kəsir. Qanamanın qarşısını almaq və barmağın ucunun bitişməsi üçün yaranın üstü dağlanır.

Son illər barmaq kəsmək il Dani qəlbisindən istifadə olunmur. Buna görə də yalnız yanlış yaşlı qadınlar bu qəribədən ənənədən istifadə edirlər.