Logo

Dostunu qətlə yetirən şəxs 13 il müddətinə azadlıqdan məhrum edilib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Qabil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TopXeber.Az-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Q. Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.