Logo

Gülər Əhmədova efirə qayıtdı: hüquq verilişi aparacaq


Sabiq deputat Gülər Əhmədova "Lider” kanalında veriliş aparacaq.

 TopXeber.Az xəbər verir ki, keçmiş deputatın aparıcılıq edəcəyi hüquq verilişi yaxın günlərdə efirə çıxacaq.

Sabiq millət vəkili Kult.az-a açıqlamasında verilişlə bağlı bütün detalları Lider TV-nin yayacağını söylədi.

Lider TV-nin mətbuat katibi Sədan Bünyadova məlumatı təsdiqlədi və bildirdi ki, verilişin nə zaman yayıma gedəcəyi hələ bəlli deyil:

"Hazırda verilişin anonsları hazırlanır".

Qeyd edək ki, G.Əhmədova Milli Məclisin dördüncü çağırış seçkilərində Bakı şəhərinin Xətai rayonundan deputatlığa namizədliyini irəli sürüb və üçüncü dəfə deputat seçilib.