Logo

Lotu Quli bu xanımlarla yaxalandı - VİDEO


Azərbaycanlı kriminal avtoritet, Lotu Quli ləqəbli Nadir Səlifovun ötən gün qatıldığı toy mərasimindən maraqlı görüntülər yayılıb.

Videoda dostları ilə sağlıq deyən avtoritet, gənc və cazibədar xanımla rəqs edir.

Qeyd edək ki, İstanbulda 36 yaşlı "qanuni oğru" Nikolay Dqeçuadzenin (Nika Qaqrinski) toy mərasimi keçirilib.

"Esa Royal Park" əyləncə mərkəzində keçirilən toyda keçmiş post-sovet ölkələrindən çıxmış əksər oğrular iştirak edib.

Məlumata görə, Roland, Mzarela, Qoça, Nukri, Kuşner, Çoban kimi oğrularların ən əziz qonağı isə Lotu Quli olub. Elə sağlıqların əksəriyyəti də Qullinin ünvanına səslənib.

Məlumatda o da deylir ki, toyda Qulini İlham Hacıyev adlı avtoritet müşayiət edib. Toyun səhəri isə Quli Dubaya qayıdıb (Goldnews.az).