Logo

Metroda insident: Azyaşlı xəsarət aldı


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “28 May” stansiyasında qolu yaralanan azyaşlının vəziyyəti yaxşıdır.

TopXeber.Az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsini əvəz edən Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə “28 May” stansiyasında olub:

“Qatarın qapısı açılan vaxt uşağın qolu qatarın qapısı ilə divarı arasında qalıb. 

Sərnişinlərin köməyilə qapı açılıb və uşaq dərhal stansiya rəisinin otağına aparılıb. İlkin yardım göstərilib. Daha sonra təcili tibbi yardım çağırılıb və uşaq xəstəxanaya aparılıb”.

Bəxtiyar Məmmədov qeyd edib ki, uşağın vəziyyəti normaldır:

“Anası bizimlə əlaqə saxladı və uşağa qayğı göstərildiyi üçün təşəkkür etdi. Bu, bizim üçün vəzifə borcudur”.