Logo

Qaz kəmərində partlayış - 24 yaralı


Çinin cənub-qərbində Quyçjou əyalətində qaz kəmərində partlayış baş verib.

TopXeber.Az Yenicag.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində 24 nəfər yaralanıb.

Yaralılar yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bildirirlir ki, əyalətin Sanxe kəndində qaz sızması kəmərdə partlayışa və yanğına səbəb olub.  Hazırda qaz kəməri bağlıdır.

Xilasetmə işləri davam edir.