Logo

Tolikdən işdən çıxarılması xəbərinə CAVAB


 Xəbər verdiyimiz kimi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, xalq artisti Samir Cəfərov tutduğu vəzifədən istefa verib.

TopXeber.Az axşam.az-a istinadla xəbər verir ki, bir müddətdir qurumun rəsmi işçisi olan prodüser Tarix Əliyevin də (Tolik) işdən çıxma xəbəri yayılıb. Qurumun əməkdaşı Sevinc xanım bildirib ki, bu xəbərlər şayiədir:

"Tolik bizim əməkdaşımızdır, rəsmi ştat işçisidir. Onun çıxma xəbərləri yalandır".

Tolik isə "7 ildir orada təşkilatçı kimi çalışırdım. Artıq ötən ildən rəsmi olaraq filarmoniyanın əməkdaşıyam. İşdən də çıxmamışam" deyə bildirib.