Logo

VALİDEYNLƏR, DİQQƏTLİ OLUN! Uşaqlara işgəncə verilən bağça adı dünyada brend olan bu baxça imiş - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində uşaqlara qarşı kobud rəftar, təhqir və işgəncə faktlarının açıq əks olunduğu video yayılıb. 

 TopXeber.Az xəbər verir ki, Azxeber.com-a göndərilən videogörüntülər müxtəlif günlərdə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb və hər gün uşaqlara qarşı kobudluq olub. 

Mənbənin məlumatına görə, adı hallanan bağça özəl bağçadır və Yasamal rayonu ərazisində yerləşir. Özəl bağçanın adı isə "Kids Studio”dur. Uşaqlar qarşı kobud davranan şəxsin adı isə Firuzədir.

Məsələ ilə bağlı adıçəkilən bağça ilə əlaqə saxlanılıb. Bağçadan bildiriblər ki, həmin görüntü onların bağçasında olsa da, orada döyülmə faktı olmayıb: "Bu uşaq mənim öz uşağımdır və sadəcə tənbeh etmişəm. Xəbərdə qeyd olunduğu kimi hallar olmayıb".