Logo

Xəstəliklə çarpışan əməkdar artist: "İynələrin hesabına yaşayıram"


Əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov səhhətində yaranan problemlərdən danışıb. O, buna görə dəvət aldığı seriallardan imtina etdiyini də deyib.

 TopXeber.Az xəbər verir ki,Yenicag.az-a açıqlama verən aktyor hər gün dava-dərman qəbul etdiyini bildirib: “Neçə illərdir ki, şəkərli diabetdən əziyyət çəkirəm. Şəkər gözlərimə, qaraciyərimə, ağciyərimə, ayaqlarıma mənfi təsir edir, xəstəliklə çarpışıram. Bu zəhrimara qalmış xəstəlik elədir ki, ölənədək səninlədir. Hər gün insulin vurulur, iynələrin hesabına yaşayıram. Seriallardan dəvətlər alıram, amma hamısından imtina edirəm. Çünki sağlamlığım əl vermir. Təkcə çalışdığım Kukla Teatrına gedib-gəlirəm. 45 ildir o teatrda işləyirəm, ora da gedib-gəlməsəm, mənə yaşamaq çətin olar”.

Aktyor aldığı Prezident təqaüdünü müalicəsi üçün xərclədiyini deyib: “Sağ olsun dövlət başçımız mənə prezident təqaüdü verir, dolanıram, müalicəmə sərf edirəm”.