Logo

FACİƏ: Dəhşətli qəzada bir ailənin üç üzvü öldü


Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

TopXeber.Az Report-a istinadla xəbər verir ki, Sumqayıt şəhərindən Qaradağa gedən yolda “Kamaz” markalı yük maşını ilə “VAZ-2106” markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını avtomobilin üzərinə aşıb. Nəticədə “VAZ-2106”da olan bir ailənin üç üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.