Logo

Gözünü müalicə etdirmək üçün narkotik satmaq istədi: “Etiraf edirəm”– VİDEO


Kəlbəcər rayonundan olan Gəray Yusifov Zərdabda çəkisi 1 kq 345 qram olan qurudulmuş marixuananı 500 manata satarkən tutulub. 

ARB TV xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Yusifov narkotiki Bərdə rayonundan əldə edib.

Özünün dediyinə görə, bitkinin Kür çayının kənarında yabanı şəkildə bitdiyini görüb, yığaraq evdə qurudub. Gözünü müalicə etdirmək üçün pul lazım olduğu üçün narkotiki satmaq qərarına gəlib. 

Gəray Yusifov - saxlanılan şəxs: “Heç kimə arzulamıram, heç kəs bada qalmasın. Peşmanam, səhvimi etiraf edirəm”.

Polisin sayıqlığı nəticəsində tutulan şəxs barəsində Zərdab Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.