Logo

Həyat yoldaşına ad günündə surpriz etdi... Qanlı çarşaba büründü


Həyat yoldaşının ad günündə ən gözəl paltarını geyinmək istəyən 3 uşaq anası Selma faciəylə üzləşib.

TopXeber.Az Türkiyə mətbuatına istinadla bildirir ki, dolabdan paltarını götürmək istəyən qadın yerə düşən silahdan açılan atəşdən yerindəcə keçinib.
Qarın nahiyəsini dələn güllə 44 yaşlı Selmanın ölümünə səbəb olub.
Hadisədən sonra qadının yoldaşı onun çarşabını boynuna dolayaraq: “Mən məhv oldum. Allah kimsəyə bu acıyı verməsin. Doğum günüm ölüm günüm oldu”, - deyib.