Logo

TARİX YENİLƏNDİ! Dünyanı nə gözləyir? – FOTOLAR - VİDEO


Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüşün əvvəlində tərəflər bir-birinin əlini sıxıb. Görüş Sentosa adasındakı “Kapella” hotelində keçirilib. 

TopXeber.Az xəbər verir ki, tərəflər təkbətək görüşə başlayıblar. Ağ Ev bəyan edib ki, danışıqların uğurlu olacağına əmindirlər:

“Bizim çox yaxşı münasibətlərimiz olacaq”.

Şimali Koreya lideri sammitin keçirilməsi yolunda bir çox maneələrlə qarşılaşdıqlarını bildirib. 

“Biz bu maneələri dəf etdik və bu gün buradayıq”, - o bildirib. 

Təkbətək görüş başa çatdıqdan sonra Tramp danışıqları “çox yaxşı” qiymətləndirdiyini deyib. 

Sonra tərəflər arasında geniş tərkibli görüş keçirilib. Görüşün ardınca ölkə rəhbərləri nümayəndə heyətləri ilə birgə işçi naharda iştirak edəcəklər.

ABŞ tərəfindən görüşdə dövlət katibi Mayk Pompeo, Ağ Evin aparat rəhbəri Con Kelli, Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton iştirak edib. 

Görüşün əsas müzakirə məsələlərindən biri Şimali Koreyanın nüvə proqramının gələcəyi olub.