Logo

Bakı səmasında təyyarə və helikopterlər uçur... Hazırlıq başladı!


Azərbaycan Silahlı Qüvvələrinin hərbi paradının məşqləri keçirilir.

TopXeber.Az-ın məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr parada hazırlıq məqsədilə Bakı buxtası üzərlərində uçuşlar həyata keçirib.

Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.