Logo

AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı


Azərbaycanda 200 manatlıq əskinaslara çəkilən xərc 100 manatlıq əskinaslara çəkilən xərclə eynidir. Ümumiyyətlə, əskinaslara çəkilən xərclər daima azalır.

TopXeber.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

“200 manalıq əskinasların buraxılması dövlət xərcərinin azaldılmasına, dövriyyənin azaldılmasına da təsir edir. Bu əskinaslar artıq dövriyyədədir. İstənilən bank istənilən həcmdə sifariş yerləşdirib təhvil ala bilər. Lakin bu əskinaslar üçün daha yüksək tarif dərəcəsi - 0,2%, digər əskinaslar üçün 0,1% müəyyən edilib.

Banklar istəsələr, daha aşağı tariflə 50-100 manatlıq əskinaslar götürə bilərlər", - deyə o, qeyd edib.

Sədrin sözlərinə görə, hazırda əsas məqsəd dövriyyədə nağd pulun xüsusi çəkisinin azaldılmasıdır.

Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, əgər hazırkı inflyasiya səviyyəsi qalarsa, ilin sonunda uçot dərəcəsinin 8% olması komfot zona hesab edilə bilər:

“Lakin son rübdə mövsümi amillərdən asılı olaraq, inflyasiya aktivləşməsi baş verir. Belə olan halda bu komfort zona bir qədər arta bilər. Yəni 8-10%-i komfort zona hesab olunur”.