Logo

Bakıda Dünya Kuboku start götürür


Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə keçirilən Milli Atçılıq Festivalı çərçivəsində sonuncu yarışa - polo üzrə Dünya Kubokuna start veriləcək. 

TopXeber.Az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə təşkil olunacaq turnir 3 gün davam edəcək.

Bakıda, Binə Atçılıq Mərkəzində keçiriləcək yarış “Elite Horse & Polo Club” (“PaşaBank”) və “İndian Polo & Riding Club New Delhi” (Bot) görüşü ilə başlayacaq. Günün ikinci oyunu isə “Polo Club Wicklow” (Palladium) və “Rhein Polo Club Düsseldorf” (Altun 97) arasında olacaq.

Sabah ilk oyunda “Rhein Polo Club Düsseldorf” (Altun 97) və “İndian Polo & Riding Club New Delhi” (Bot) mübarizə aparacaq. İkinci qarşılaşma isə “Elite Horse & Polo Club” (“PaşaBank”) və “Polo Club Wicklow” (Palladium) arasında olacaq.

Festivalın və VI dəfə keçiriləcək Dünya Kubokunun sonuncu günü – iyunun 17-də mükafatçıların adlarına aydınlıq gələcək. Öncə 3-cü yerin sahibi bilinəcək. Ardınca isə final görüşü olacaq. Apasport.az