Logo

Bərdədə usta bədbəxt hadisə nəticəsində öldü – FOTO


Bərdə rayonunda təkər təmiri ilə məşğul olan usta bədbəxt hadisə nəticəsində ölüb.

TopXeber.Az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində olub.

Sexdə təmir olunan avtomobilin təkəri partlayıb. Nəticədə 38 yaşlı usta Məmmədov Elnur İslam oğlu ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.