Logo

Kremldə İlham Əliyev və Paşinyan görüşünə aydınlıq gətirilib


Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Moskvada baş tutan görüşü tanışlıq xarakteri daşıyıb, gələcək əlaqələrdən danışılması hələ tezdir.

TopXeber.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Rusiya başçısının mətbuat katibi Dmitriy Peskov bildirib.

Daha əvvəl Paşinyan Facebook şəbəkəsində yayımladığı video-müraciətdə Rusiya prezidenti Vladmir Putinin Azərbaycan dövlət başçısı ilə tanış olması barədə bildirib.

“Görüşlə bağlı əvvəlcədən danışmaq tezdir. Bu, ilk görüş idi. Ona görə də hansısa təkliflərdən indidən danışmaq tezdir”, – deyə Peskov üçtərəfli və ya ikitərəfli görüş formatı ilə bağlı sualı cavablandırarkən bildirib.