Logo

Millət vəkilinə silahlı hücum oldu - Qardaşını öldürdülər


Dünən axşam saaatlarında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldız və onunla birlikdə seçki kampaniyası aparan təşkilat üzvlərinə silahlı hücum olub. Hadisə zamanı ölən və yaralananlar olub.

 TopXeber.Az Unikal.org-a istinadla xəbər verir ki, bu gün açıqlanan məlumata görə, ölənlərin sayı 4 nəfərə çatıb.

Silahlı insidentdə 13 nəfər yaralanıb. Digər 4 nəfər isə yerləşdirildiyi xəstəxanada həyatını itirib.

Ölənlər arasında deputatın qardaşı Mehmet Ali Yıldız da var.

Faktla bağlı araşdırma aparılır.