Logo

Üzərinə dolab düşüb öldü deyilən uşaqla bağlı ŞOK HƏQİQƏT– ŞÜBHƏLİ


Türkiyənin Adana şəhərində bir neçə gün əvvəl ailənin 6 yaşlı uşağı vəfat etmişdi.

TopXeber.Az Hürriyet-ə istinadla xəbər verir ki, onun üzərinə dolab düşdüyü deyilirdi, ancaq sonra məlum olub ki, bu, həqiqət deyil. Belə ki,azyaşlı polis atasının silahıyla ölüb.

İddialara görə, 10 yaşlı qardaşıyla oynayan Mehmet atasının silahını götürüb. Bu sırada anidən açılan atəş qardaşının baş nahiyəsinə tuşlanıb. Uşaq xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Polis ata isə hüquq-mühafizə orqanlarına uşağın üstünə dolab düşdüyünü, anası isə uşağın hündür yerdən yıxıldığını deyib. İstintaqın gedişində fərqli ifadələr şübhə yaradıb və həqiqət ortaya çıxıb.

Hazırda araşdırmalar davam etdirilir.